Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib
Tarix: 15-10-2021 | Saat: 20:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev

Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib.

Qarabaginfo.az-ın məlumatına görə, qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

 



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər