Saytımızı qiymətləndirin


 
 

“Yaxşı oğlanın anası 2-ci dəfə evlənməz” deyən dostunu ÖLDÜRDÜ - TƏFƏRRÜAT 
Tarix: 09-10-2021 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bu ilin yanvarında Şəmkirdə həmyaşıdını bıçaqlayaraq öldürən 17 yaşlı yeniyetmənin cinayət işi ilə bağlı detallar bəlli olub. 

Qarabaginfo.az-ın məlumatına görə, iş üzrə aparılan məhkəmə araşdırmasında məlum olub ki, Rəvan Hüseynov tanışı Əhliman Tağıyevi anasının ünvanına dediyi ifadələrə görə öldürüb. 

Belə ki, Rəvanın anası ikinci dəfə ailə qurubmuş. Ə.Tağıyev R.Hüseynovla ortaq dostlarına “Rəvanla dostluq etmək məsləhət deyil”, “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz”, “Rəvana salam verən mənə salam verməsin” kimi sözlər deyib.

Bunu öyrənən Rəvan Hüseynov Əhliman Tağıyevi bıçaqlayaraq öldürüb. 

Qeyd edək ki, R.Hüseynov hadisəni törədərkən 17 yaşında olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. 

Bizim.Media



Xəbəri paylaş

466 dəfə oxunub.

Digər xəbərlər