Saytımızı qiymətləndirin


 
 

Bakı və Yerevan müraciət edərsə, Rusiya demarkasiya komissiyasına kömək etməyə hazırdır
Tarix: 20-05-2021 | Saat: 14:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Ermənistan və ya Azərbaycan müraciət edərsə, Rusiya demarkasiya komissiyasına məsləhətçi yardımı göstərməyə hazırdır.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Valdai Beynəlxalq Klubunun Orta Asiya konfransı çərçivəsində danışıb.

"Onların (Rəsmi Bakı və Yerevan - red.) reaksiyası haqqında hələ bir şey eşitməmişəm. Rusiya bu müddətdə Bakıdan və ya Yerevandan müvafiq bir müraciət olacağı təqdirdə məsləhətçi kimi kömək göstərməyə hazırdır", - Rudenko bildirib.

Daha əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov da Rusiyanın Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsində vasitəçi ola biləcəyini söyləyib.

Andrey Rudenko: "The Foreign Ministry will counter Western countries' attempts to dictate CIS countries how to live and who to be friends with" | Vestnik Kavkaza


Xəbəri paylaş

1330 dəfə oxunub.

Digər xəbərlər