Ermənistan və ya Azərbaycan müraciət edərsə, Rusiya demarkasiya komissiyasına məsləhətçi yardımı göstərməyə hazırdır.
Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Valdai Beynəlxalq Klubunun Orta Asiya konfransı çərçivəsində danışıb.
"Onların (Rəsmi Bakı və Yerevan - red.) reaksiyası haqqında hələ bir şey eşitməmişəm. Rusiya bu müddətdə Bakıdan və ya Yerevandan müvafiq bir müraciət olacağı təqdirdə məsləhətçi kimi kömək göstərməyə hazırdır", - Rudenko bildirib.
Daha əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov da Rusiyanın Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsində vasitəçi ola biləcəyini söyləyib.