Saytımızı qiymətləndirin


 
 

Xankəndi-Laçın yolundakı etirazçılar vətənpərvərlik ruhunda mahnılar ifa edirlər
Tarix: 21-12-2022 | Saat: 23:27
Bölmə:Karusel / Manşet | çapa göndər

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir.

Qarabaginfo.az bildirir ki, “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, gün ərzində dinc aksiya iştirakçıları davamlı olaraq vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ", "Xudayar" təsnifləri və digər mahnılar ifa edirlər.

Gənc aktivistlər səsləndirdikləri şüarlarla hər kəsi ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər