Xəzərdə zəlzələ olub.

Qarabaginfo.az xəbər verir ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən xəbərə görə, yerli vaxtla saat 21:06-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,5, dərinliyi 60 km. olub. Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub.