Saytımızı qiymətləndirin


 
 

Ankaradan İrəvana enən təyyarədə kimlər gəldi və ya kimlər getdi?.. – RƏSMİ CAVAB
Tarix: 02-10-2021 | Saat: 23:19
Bölmə:Karusel / Region | çapa göndər

Ankaradan İrəvana enən təyyarədə kimlər gəldi və ya kimlər getdi?.. – RƏSMİ CAVAB

Bu günlərdə mediada "Flightradar24” uçuş izləmə saytına istinadla yayılan xəbərlərdən bəlli olduğu kimi,  sentyabrın 23 -də Ankaradan İrəvana çarter reysi həyata keçirilib. Başqa sözlə, bir özəl türk təyyarəsi  Ermənistan paytaxtına enib.

Qarabaginfo.az xəbər verir ki,  Ermənistanın 168.am nəşri olayla bağlı bəzi detalları aydınlaşdıra bilib.

"Ermənistan Mülki Aviasiya Komitəsi ilə Türkiyənin özəl təyyarəsinin Ankaradan İrəvana hansı məqsədlə çarter reysi həyata keçirdiyini aydınlaşdırmağa çalışdıq. Komitə bizə sualı yazılı şəkildə göndərməyi təklif etdi, bu da edildi. Və indi, yalnız bir həftə sonra həmin qurum dan cavab aldıq.

 

"24 sentyabr 2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, bu ilin 23 sentyabrında Türkiyənin" VIZYON HAVACILIK "”  hava yolu şirkəti “CESSNA CITATION XLS” təyyarəsi ilə Ankara-İrəvan-Bodrum çarter iş uçuşu həyata keçirmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, bu reyslə İrəvana heç bir sərnişin çatdırılmayıb və iki xarici vətəndaş İrəvandan göstərilən təyyarədə havaya qalxıb”- komitənin cavabında belə deyilir.

Yəni Türkiyədən Ermənistana hava məkanı açıqdır və Türkiyənin özəl təyyarələrinin Ermənistana çarter uçuşları olduqca mümkündür.

Bu çarter biznes reysinin Ermənistanla Türkiyə arasında "investisiya" əlaqələrinin yaranması ilə və ya Paşinyanın haqqında danışdığı Türk siqnalları ilə əlaqəsi olub olmadığını zaman göstərəcək “.

Qeyd edək ki,  bəzi mənbələrin məlumatına görə, sözügedən təyyarə Ermənistan paytaxtına enən gün, yəno sentyabrın 23-də 10-dan çox erməni media qurumundan olan müxbirlər Ermənistanın Mülki Aviasiya Komitəsinin qarşısına toplanıb.  Guya  həmin vaxt  qeyri-rəsmi mənbələrdən təyyarənin göyərtəsində Türkiyənin nüfuzlu şəxslərindən biri olduğu və Ermənistana Paşinyanla Zəngəzur dəhlizinin açılışı ilə bağlı bəzi məsələlərdə olan problemlərin müzakirəsi üçün gəldiyi bilinib.

Onu da xatırladaq ki, sentyabrın 24-də Ordu.az-ın araşdrıması nəticəsində bəlli olub ki,  uçağın İrəvana gəldiyi gün, yəni sentyabrın 23-də Ermənistandakı  “Azadlıq” adlanan hərəkat öz “Facebook” səhifəsində bir paylaşım edərək Türkiyə təyyarəsinin Milas hava limanına endiyini qeyd edib.

 

“Bu gün İrəvana gəlmiş Türkiyənin xüsusi təyyarəsi Milas hava limanına endi. Milas Marmarisə ən yaxın hava limanıdır. Ərdoğanın iqamətgahı Marmarisdə yerləşir” - deyə hərəkat qeyd edib.

“5165” hərəkatının mətbuat katibi David Qriqoryan isə öz “Facebook” səhifəsində yazıb: “Yayılan məlumata görə, Türkiyənin Bodrum kurortundakı məşhur otellərdən birinə məxsus çarter təyyarəsi günorta İrəvana eniş edib, qısa bir dayanmadan sonra isə Bodruma qayıdıb.

Sual yaranır: buradan Bodruma gediblər, yoxsa Bodrumdan İrəvana gəliblər? Gələn və ya gedən şəxs kim olub? Bəzi rus müxalif məlumat mərkəzlərinə güvənsək, Bodrum türk oliqarxlarının himayəsində olmaqla bəzi yüksək çinli Rusiya məmurlarının ən sevimli istirahət yeridir”, - deyə  D.Qriqoryan qeyd edib.

Hələlik bu suallara dəqiq rəsmi cavablar verilməyib...

(Moderator.az) 



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər
17-03-2022, 12:52 Sabah hava necə olacaq?