Saytımızı qiymətləndirin


 
 

"Türkiyə və Azərbaycanla danışıqlara getmək lazımdır" – Manukyandan İLGİNC AÇIQLAMA
Tarix: 23-09-2021 | Saat: 15:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Türkiyə və Azərbaycanla danışıqlara getmək lazımdır” – Manukyandan İLGİNC AÇIQLAMA

 

“Biz hər zaman Azərbaycan və Türkiyə ilə dialoqa girməyin tərəfdarı olmuşuq”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Erməni Milli Konqresi partiyasının nümayəndəsi Aram Manukyan Azadlıq Radiosunun Ermənistan bürosuna verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, hətta 1993-cü ilə qədərki ağır dövrlərdə də, Ermənistanın Türkiyə ilə əlaqələri olub. Münasibətlərin normallaşmasında Ankaranın hansısa ilkin şərt irəli sürməsinə gəldikdə isə, Manukyan bildirib ki, bunu oturub danışmaqla həll etmək lazımdır: “Siz oturub danışmalı, onun nə təklif etdiyinə, öz təklifinizə, nədə razı olub-olmadığınıza baxmalısınız. Bu dövlətin borcu və məsuliyyətidir. Hamını rədd edib özünütəcrid siyasəti yürütmək və bu vəziyyətdə boğulmaq olmaz” – Manukyan vurğulayıb.

Manukyan əlavə edib ki, Ermənistan istənilən halda oturub Azərbaycanla danışmalıdır: “Əsirlərin qaytarılması və minalanan ərazilərin təmizlənməsi kimi problemləri həll etmək lazımdır. İstənilən rəqib öz rəqibi ilə oturub danışmalıdır”.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə BMT Baş Assambleyasının toplantısında çıxışı zamanı Ermənistanın Cənubi Qafqazda sülh və sabitliyə ən böyük əngəl olduğunu deyib. O regionda davam edən münaqişələri diplomatik və dialoq yolu ilə həll etməyin vacibliyinə diqqət çəkib.

//konkret.az



Xəbəri paylaş

273 dəfə oxunub.

Digər xəbərlər