Saytımızı qiymətləndirin


 
 

Rus sülhməramlılarından tələb: Separatçıların “bayraqlar”ı yığışdırılır
Tarix: 22-09-2021 | Saat: 14:37
Bölmə:Karusel / Region | çapa göndər

 Azərbaycan ordusu dünən Xocavəndin Cütçü kəndi istiqamətində irəliləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə sözügedən kənddəki separatçıların rəhbəri Lernik Avanesyan məlumat verib.

O, Azərbaycan hərbçilərinin neytral ərazilərdə mövqe tutduqlarını bildirib.

Avanesyanın sözlərinə görə, Azərbaycan hərbçiləri təxminən 1200 metr irəliləyib. Separatçılar bu barədə Rusiya sülhməramlılarına məlumat verib.

Məlumatda rusiyalı general Yeqorovun Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı bildirilib.

Qeyd edilib ki, kəndlə ən yaxın Azərbaycan postu arasındakı məsafə təxminən iki kilometr yarımdır.

O, həmçinin azərbaycanlıların “Artsax bayrağı”nın separatçıların hərbi postlarından, eləcə də Amaras monastırından çıxarılmasını tələb etdiklərini söyləyib. Qarşıdurmanın qarşısını almaq üçün rus hərbçiləri qondarma bayrağı Ermənistan bayrağı ilə əvəz etməyi təklif ediblər.

Artıq bununla bağlı monastıra məlumatın verildiyi bildirilib.(Teleqraf.com)



Xəbəri paylaş

1304 dəfə oxunub.

Digər xəbərlər