Saytımızı qiymətləndirin


 
 

Rusiya və İran prezidentlərinin telefon danışığı olub
Tarix: 14-09-2021 | Saat: 16:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya və İran prezidentlərinin telefon danışığı olub

 


Rusiya Prezidenti Vladimir Putin və onun iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Qarabaginfo.az-ın xəbərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 17-də Düşənbədə keçiriləcək sammitində İran Prezidentinin müşahidəçi qismində iştirakı nəzərə alınaraq bu təşkilat çərçivəsində işin aktual məsələləri müzakirə edilib.

Müxtəlif sahələrdə Rusiya-İran əlaqələrinin möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib.

Xüsusən ticari-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə yaxşı qarşılıqlı əlaqələrin olduğu vurğulanıb.

Rusiya və İran liderləri beynəlxalq gündəlikdə duran bir sıra məsələlərə toxunublar, o cümlədən İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında fikir mübadiləsi aparıblar.

Təmasların davam etdirilməsi razılaşdırılıb.



Xəbəri paylaş

261 dəfə oxunub.

Digər xəbərlər