Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda peyvənd olunanlar xüsusi lotoreyada iştirak edəcəklər
Tarix: 07-09-2021 | Saat: 16:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Gürcüstanda peyvənd olunanlar xüsusi lotoreyada iştirak edəcəklər

 

Gürcüstanda koronavirusa qarşı peyvənd olunan vətəndaşlar üçün həvəsləndirici lotoreya keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın pandemiyaya qarşı mübarizə üzrə Qururmlararası Koordinasiya Şurasının nümayəndəsi Giorgi Qibradze bu gün keçirilən brifinq zamanı verib.

Onun sözlərinə görə, lotoreyaya sentyabrın 13-dən etibarən start veriləcək.

Qeyd olunub ki, həvəsləndirici lotoreyanın ümumi mükafat fondu 2 milyon 800 min lari (1 milyon 532 min AZN) təşkil edir. 

Bildirilir ki, lotoreya çəkilişləri ilin sonuna kimi hər gün keçiriləcək. Həmçinin, gündəlik çəkilişlərlə yanaşı, həftəlik yekun çəkilişlər də keçiriləcək. Mükafatların isə 100 laridən başlanacağı qeyd olunub. Beləliklə, peyvənd olunan vətəndaşlar gündəlik çəkilişlərdə 100-500 lari, həftəliklərdə isə 1, 1,5 və 10 min lari qazanmaq şansına malikdirlər. Yekun çəkiliş isə ilin sonunda keçiriləcək, bu zaman mükafat fondu 100 min lari təşkil edəcək.



Xəbəri paylaş

265 dəfə oxunub.

Digər xəbərlər
14-11-2022, 17:48 Sabah yağış yağacaq