Saytımızı qiymətləndirin


 
 

Taliban qadınlara özəl universitetlərə gedərkən niqab taxmağı göstəriş verib
Tarix: 06-09-2021 | Saat: 07:39
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Taliban qadınlara özəl universitetlərə gedərkən niqab taxmağı göstəriş verib

Əfqanıstanda hakimiyyəti ələ alan Taliban, özəl universitetlərdə və kolleclərdə oxuyan qadınların dərs zamanı üzü örtülmüş müsəlman baş örtüyü olan niqab taxmasını məcbur edib.

Qarabaginfo.az xəbər verir ki, Taliban bu qərarı Əfqanıstanda bazar ertəsi başlayacaq yeni tədris ili ərəfəsində elan edib.

Bu vəziyyətdə dərslər kişilər üçün ayrı, qadınlar üçün ayrıca aparılmalıdır. Yəni, qız tələbələrin yerləşdiyi otağın bir hissəsi pərdə ilə hasarlanmalıdır.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər