Saytımızı qiymətləndirin


 
 

Binəqədiyə gedən yol təmir edildi
Tarix: 20-12-2017 | Saat: 11:47
Bölmə:Sosial | çapa göndər

 

Binəqədi rayonu, Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Biləcəri-Baksol yolunadək olan hissəsi təmir olunub.

Bu barədə Modern.az-a "Azəravtoyol" ASC-dən məlumat verilib.

Prospektin sözügedən hissəsinin uzunluğu 1.6 km, ortalama eni isə 20 m-dir. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Əsaslı təmir işləri çərçivəsində yolun köhnə-asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Əvəzinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə, Azadlıq prospektinin sözügedən hissəsinin 30 min m2 sahəsi asfaltlanıb.

 

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları yenilənib. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib. Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılıb. Bunun üçün üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, bundan öncə Azadlıq prospektinin Ziya bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan 1.6 km-lik hissəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Sözügedən hissədə bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz hərəkət təmin olunaraq, müasir infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə verilib.



Xəbəri paylaş

637 dəfə oxunub.

Digər xəbərlər