Saytımızı qiymətləndirin


 
 

Sarkisyan Ermənistanın II Qarabağ Müharibəsindəki itkinlərinin sayını AÇIQLADI
Tarix: 17-06-2021 | Saat: 10:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib ki, ölkə ictimaiyyəti hələ də 44 günlük II Qarabağ Müharibəsi nəticəsində neçə nəfərin öldüyü və itkin düşdüyü barədə dəqiq məlumata malik deyil.


Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, eks-prezident bu məsələyə görə Paşinyan hökumətinə nifrtə püskürüb:

“Hərbi əməliyyatların bitməsindən səkkiz ay keçdi və bu rəqəmlərdən xəbərimiz yoxdur. Bundan daha biabırçı bir vəziyyət ola bilməzdi, bu yalnız ölənlər, itkin düşənlər, əsirlikdə olanlara deyil, ümumiyyətlə bütün forma geyən insanlara qarşı böyük bir cinayətdir. Ancaq bütün problem budur ki, son məlumatların olmaması xaricində hər şey  saxtalaşdırılıb. Unutmayın, Səhiyyə Nazirliyi ölümlərlə əlaqədar bir rəqəm söylədi, Baş nazir başqa bir rəqəm və sonra bunu bir şəkildə düzəltməyə çalışdılar”.

 

Serj Sarkisyan telefonunda bu səlahiyyətlilərin saxtakarlığına dair bir sənəd olduğunu bildirib.

 

"Hərbçilərin Sığortası Fondu apreldə hökumətə itkin düşənlərin sayının 1064 olduğunu bildirdi. Amma bu insanabənzəyən məxluq, bu əclaf (Nikol Paşinyan-red.) parlamentdə danışarkən 321 itkin olduğunu bildirdi. Bundan sonra onları nə adlandırmalıyıq?" -Serj Sarkisyan deyib.



Xəbəri paylaş

1333 dəfə oxunub.

Digər xəbərlər