Saytımızı qiymətləndirin


 
 

Türkiyə XİN başçısı: “ABŞ-la əlaqələrimiz ya düzələck, ya da tamamilə pozulacaq”
Tarix: 12-02-2018 | Saat: 13:28
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə artıq ABŞ-ın vədlərinə inanmır, konkret addımların atılmasını istəyir

“ABŞ bizə verdiyi vədləri yerinə yetirməyib. Xalqımızın və hökumət olaraq bizim ABŞ-a inamımızın itməsi təbiidir”.

"Qarabağinfo" “Report.az”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya səfərini şərh edərkən deyib.

XİN başçısı bildirib ki, Türkiyə artıq ABŞ-ın vədlərinə inanmır, konkret addımların atılmasını istəyir: “Afrindəki antiterror əməliyyatı uğurla davam edir. Bölgəni terrorçulardan təmizləyəcəyik. ABŞ lazım olan addımları atmazsa bu əməliyyatı Münbiçdə davam etdirəcəyik. Bizim Vaşinqtondan gözlədiklərimiz açıq-aşkar və qətidir. ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Türkiyəyə səfər edəcəyi gözlənilir. 



Xəbəri paylaş

613 dəfə oxunub.

Digər xəbərlər