Saytımızı qiymətləndirin


 
 

Bu ölkənin prezidenti koronavirusa yoluxub
Tarix: 13-12-2021 | Saat: 08:35
Bölmə:Karusel / Dünya | çapa göndər

Siril Ramaposa

 

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramaposanın karonavirus testinin cavabı müsbət olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə SAR Prezident aparatının rəsmi “Tvitter” səhifəsində məlumat verilib.

"Prezident koronavirus infeksiyası üçün verdiyi testin cavabı müsbət çıxıb. Hazırda Keyptaunda özünü təcrid edib, COVID-19-un yüngül simptomları üçün müalicə alır. Səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti David Mabuseyə təhvil verib”, məlumatda bildirilib.

Prezident yoluxmasını ölkə vətəndaşları üçün “xəbərdarlıq” adlandırıb, onlara peyvənd edilməsinin vacibliyini xatırladıb.

Qeyd edək ki, prezident dekabrın 8-də Qərbi Afrikada səfərdə olub. Prezident və nümayəndə heyətinin səfər zamanı keçdikləri koronavirus testlərinin nəticəsi mənfi olub.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər