Saytımızı qiymətləndirin


 
 

BMT: Sərhəddəki gərginlik tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının vacibliyini göstərir
Tarix: 15-09-2022 | Saat: 19:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

BMT: Sərhəddəki gərginlik tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının vacibliyini göstərir

BMT Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında yaranan təhlükəli gərginlikdən narahatlıq duyur və de-eskalasiya üçün tərəfləri ciddi addımlar atmağa çağırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Jenka BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş gərginliyə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, hər iki ölkədəki BMT komandaları hökumətlərlə təmasdadır və əgər şərtlər imkan verərsə, təşkilat meydana çıxan humanitar ehtiyaclara yardım etməyə hazır vəziyyətdədir: “Bu, 2020-ci ildən bəri ən böyük və ciddi toqquşmadır. Bu fakt sübut edir ki, iki ölkə arasında normallaşma prosesi maneələrlə üzləşir. Son eskalasiya tərəflərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması çərçivəsində, davam edən delimitasiya və demarkasiya prosesində irəliləməsinin təcili ehtiyacını vurğulayır. Biz tərəfləri bu vacib mexanizmdən yararlanmağa, sərhəddəki gərginliyi aradan qaldırmağa çağırırıq. Toqquşmalar bu regionda və regiondan kənardakı aktorların sülh yolu ilə həll üçün konstruktiv iştirakını bir daha xatırlatdı”.

Aİ və Rusiyanın vasitəçiliyini qeyd edən rəsmi əlavə edib ki, BMT bu beynəlxalq səyləri tamamilə dəstəkləyir. O vurğulayıb ki, onların fəaliyyəti tərəfləri uzunmüddətli sülh üçün dialoqa aparmaq istiqamətində mühit yarada bilər.



Xəbəri paylaş

1184 dəfə oxunub.

Digər xəbərlər
23-02-2021, 16:27 "Dəli Afət" HEKAYƏ