Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək.
"Qarabaginfo" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.