Saytımızı qiymətləndirin


 
 

AŞPA sədrindən İrəvan və Bakıya ÇAĞIRIŞ
Tarix: 11-10-2022 | Saat: 12:10
Bölmə:Qarabağ | çapa göndər

AŞPA sədrindən İrəvan və Bakıya ÇAĞIRIŞ

Ermənistan və Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün səylərini ikiqat artırmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  plenar iclasında qurumun sədri Tini Koks deyib.
 

O bildirib ki, Ermənistan və Azərbaycan arasında son gərginlik Avropa ictimaiyyətini çox narahat edib, çünki bu, hər iki tərəfdən itkilərlə nəticələnib. Koks hər iki tərəfi Cənubi Qafqazda milyonlarla insanın həyatı üçün ağır olan münaqişənin sülh yolu ilə həlli üçün səylərini ikiqat artırmağa çağırıb.


"Mən Ermənistan və Azərbaycan parlamentarilərini assambleyadan ən çətin məsələlərin müzakirəsi platforması kimi istifadə etməyə çağırıram. Biz fikir ayrılıqları ilə bağlı mövqeləri yaxınlaşdırmaq üçün real dialoqa başlamalıyıq. İndi deyilsə, onda nə vaxt?",- deyə AŞPA sədri əlavə etdi.



Xəbəri paylaş

125 dəfə oxunub.

Digər xəbərlər