Saytımızı qiymətləndirin


 
 

Üçtərəfli işçi qrup yenidən görüşəcək
Tarix: 02-12-2021 | Saat: 11:48
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

Ermənistan, Rusiya və Azərbaycan baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun dekabrın 1-də keçirilən növbəti iclası yaxın günlərdə davam edəcək.


Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

 “Nəticələr barədə yalnız iclasdan sonra danışmaq mümkün olacaq”, - deyə Baş nazirin müavini cavab verib.

 
Xatırladaq ki, sözügüdən işçi qrupu Cənubi Qafqazdakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işləmək üçün yaradılıb.

Noyabrın 26-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünün yekunlarına əsasən, prezident Vladimir Putin baş nazir müavinlərinin Moskvada bir araya gələcəklərini bəyan etmişdi. 

Dünənki görüşdə liderlərin noyabrın 26-da razılaşdırdıqları qərarlar müzakirə olunub.

Qeyd olunur ki, ilin sonuna kimi iki ölkə arasında delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması planlaşdırılır.c



Xəbəri paylaş

1292 dəfə oxunub.

Digər xəbərlər
21-08-2020, 18:42 MTRŞ bəyanat yayıb
24-02-2022, 20:30 Arif Qazıyev vəfat edib