Saytımızı qiymətləndirin


 
 

“Oğlum qucağımda öldü, son ürək döyüntülərini hiss etdim” - İlon Mask
Tarix: 11-02-2022 | Saat: 23:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Oğlum qucağımda öldü, son ürək döyüntülərini hiss etdim”

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın 10 həftəlik olarkən ölən oğlu ilə bağlı məlumat yayılıb.

Qarabaginfo.az xəbər verir ki, bu məlumat ABŞ-da bir ailə avtomobillərin təhlükəsizliyi ilə bağlı “Tesla”ya qarşı açdığı iddiadan sonra ortaya çıxıb.

“Bloomberg”in məlumatına görə, 2018-ci ilin mayında baş verən yol qəzasında “Tesla Model S” seriyalı avtomobil saatda 187 kilometr sürətlə hərəkət edərkən sürücü idarəetməni itirərək bir evin divarına çırpılıb. Avtomobil qəflətən alışıb, sükan arxasında olan 18 yaşlı Barrett Rayli və sərnişin dostu dünyasını dəyişib.

Qəzadan bir müddət sonra Mask və Barrettin atası Ceyms Rayli arasında yazışmalar başlayıb.

“Uşağını itirmək bir insanın həyatında başına gələ biləcək ən pis şeydir”, - Mask övladını itirən ataya başsağlığında deyib.

Onlar arasındakı yazışma 6-7 həftə davam edib. Mask C.Rayliyə övladını itirdiyini deyib: "Sizi çox yaxşı başa düşürəm. İlk oğlum qucağımda ölüb. Son ürək döyüntülərini hiss etdim".

Qeyd edək ki, körpə ikən ölən Nevada Aleksandr Mask 2002-ci ildə anadan olub. Məlumata görə, valideynləri evdə körpəni yuxudan oyandırmaq itəyərkən onun nəfəs almadığını hiss ediblər. Üç gün süni nəfəs aparatında qalan Nevada Aleksandrı xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, Rayli və Mask arasındakı yazışmalar “Tesla” avtomobillərində təhlükəsizlik tədbirinin gücləndirilməsinə səbəb olub.

 



 



Xəbəri paylaş

1300 dəfə oxunub.

Digər xəbərlər