Ana Sayfa > Manşet / Karusel / Qarabağ > Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri martın 29-da Vyanada görüşəcək

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri martın 29-da Vyanada görüşəcək


27-03-2019, 11:19. Yazar: Admin

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək. 

"Qarabaginfo" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.


Geri dön