Tarix: 27-06-2024 | Saat: 17:20
Bölmə:Karusel / Siyasət | çapa göndər
Parlament seçkiləri ilə bağlı maarifləndirmə işləri aparmalıyıq, xüsusən də tələbələrin səsverməsi üçün tədbirlər görməliyik, çünki onlar yay tətilinə gedirlər.
Qarabaginfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, bu dəfə də seçkilərdə tələbələrin səsverməsi ilə bağlı müvafiq addımlar atılmalıdır: “Tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə də tələbələrin seçkilərdə iştirakını təşkil etməliyik. Bakıda yaşayan tələbələrin vəziyyəti məlumdur, ancaq regionlarda yaşayan tələbələr yəqin ki, valideynlərinin yanına gedəcək. Ona görə də onların hamısını qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin etməliyik ki, harada olurlarsa olsunlar, səs verə bilsinlər”.
Digər xəbərlər