Tramp: İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq
Tarix: 24-04-2026 | Saat: 08:26
Bölmə:Karusel / Dünya | çapa göndər
79 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-04-2026 | Saat: 08:26
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında mövcud atəşkəs rejiminin üç həftə müddətinə uzadılacağını bildirib.
Qarabaginfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazaraq qeyd edib ki, qərar Vaşinqtonda İsrail və Livan səfirləri arasında keçirilən növbəti məsləhətləşmələrin nəticəsində qəbul olunub.
Tramp həmçinin yaxın vaxtlarda Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu qəbul etməyi planlaşdırdığını açıqlayıb.
ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib ki, İsrail və Livan arasında artıq 2026-cı ildə sülh razılaşmasının əldə olunması üçün real imkanlar mövcuddur.
“Düşünürəm ki, bunun üçün çox yaxşı şans var”, – deyə Tramp vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
14-05-2021, 18:52
Azərbaycanda daha 326 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
23-06-2023, 16:57
İlon Maskın anası ona Zukerberqlə əlbəyaxa döyüşməyi qadağan edib
28-10-2025, 15:34
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin sakinlərinə mənzillərin açarlarını təqdim edib
27-01-2022, 18:43
Jirinovski: “Mənə general rütbəsi verilməlidir“
23-01-2024, 10:36
“Borelin Azərbaycanla bağlı iddialarını rədd edirik” –XİN-dən AÇIQLAMA
2-02-2026, 15:29
Prokurorluqda yeni təyinatlar olub
12-06-2026, 14:45
Şuşada bu işləri görmək qadağan edilir
30-12-2021, 22:16
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan edilib



















