Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan edilib
Tarix: 30-12-2021 | Saat: 22:16
Bölmə:Karusel / Region | çapa göndər

 

Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan edilib

Gürcüstan parlamenti Tütünə nəzarət haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə düzəlişləri üçüncü oxunuşda səs çoxluğu ilə qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, qanunla taksilər, katerlər və yeniyetmələrin olduğu fərdi avtomobillərdə siqaret çəkməyə qadağa tətbiq ediləcək.

Düzəlişlərə əsasən, taksi sürücüləri ictimai nəqliyyat sürücülərinə, taksi sərnişinləri isə ictimai nəqliyyat sərnişinlərinə bərabər tutulacaq.

Qadağaya əməl etməyən sürücülərə qarşı 200 lari (110 AZN) məbləğində cərimə sanksiyası tətbiq olunacaq. Uşaqların olduğu fərdi avtomobillərdə tütün məmulatlarından istifadə edən sürüclər isə 50 lari (27 AZN) məbləğində cərimə ediləcəklər. Qanunun təkrar pozulacağı halda cərimələrin məbləği iki dəfə artırılacaq.

Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.(Report)



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər