Saytımızı qiymətləndirin


 
 

Jirinovski: “Mənə general rütbəsi verilməlidir“
Tarix: 27-01-2022 | Saat: 18:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Jirinovski: “Mənə general rütbəsi verilməlidir“

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar Rusiyadakı bütün deputat korpusuna fövqəladə hərbi rütbələrin verilməsini təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

“Bütün kommunist deputatlar - kapral rütbəsi, sosialist-inqilabçılara - serjant, "Yedinaya Rusiya"ya - leytenant və Liberal Demokrat Partiyasına - polkovnik. Mənə isə ayrıca general-mayor rütbəm var - bunu mənə Rusiyanın ilk prezidenti verib, amma indiyədək bu qərar rəsmiləşdirilməyib”, - deyə siyasətçi yazıb.

Bundan əvvəl Jirinovski “Komsomolskaya Pravda” radiosunun efirində Ukrayna prezidenti Vladimir Zelenskinin də həmfikirləri kimi ölkədən qaçmalı olduğunu bildirib.

RLDP lideri qeyd edib ki, Ukrayna prezidenti ilə istənilən danışıqlar tamamilə istisna olunur. Jirinovski "Ukrayna bitdi" fikrini də ifadə etdi, çünki ölkədə artıq enerji resursları və hətta ərzaq yoxdur.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər