Twitter-in sahibi İlon Maskın anası, 75 yaşlı supermodel Mey Mask oğluna Meta şirkətinin baş direktoru Mark Zukerberqlə rinqdə döyüşməyi qadağan edib.
Qarabaginfo.az bildirir ki, o, bu barədə öz Twitter səhifəsində yazıb.
“Mən döyüşü ləğv etmişəm. Amma onlara hələ deməmişəm. Bununla belə, döyüşün ləğv edildiyini deməkdə davam edəcəmı…”, – Mey Mask yazır. Model həmçinin döyüşün alternativ variantına – “sözlə döyüşməyə” keçməyə təklif edib.
O qeyd edib ki, bu halda qələbə rəqiblərin ən gülməli olanına verilməlidir.
Elon Mask anasının yumorunu yüksək qiymətləndirib, lakin ondan qarışmamasını istəyib: “Ana, qurtar bu sözləri, mən onunla döyüşəcəyəm” -deyə Mask statusun altında yazdığı şərhdə deyib.
Ananın sözlərinə qulaq asmaq çağırışına cavab olaraq iş adamı istehza ilə bildirib ki, Mey ona həmişə maraqlı işlərlə məşğul olmağı qadağan edir.
Meta Twitter-ə rəqib olacaq “Project 92” adlı proqram hazırladığını elan etdikdən sonra İlon Mask Mark Zukerberqlə rinqdə döyüşmək qərarına gəlib. Meta direktoru biznesmenin təklifini qəbul edib.(Azpost.info)