Saytımızı qiymətləndirin


 
 

”Çin Ukraynaya dair sülh konfransını dəstəkləyəcək”
Tarix: 07-05-2024 | Saat: 07:40
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Çin sədri Si Cinpin bildirib ki, rəsmi Pekin Ukrayna üzrə Moskva və Kiyevin təsdiqlədiyi sülh konfransını dəstəkləyəcək.

Ölkə lideri bunu Parisdə Fransa Prezidenti Emanuel Makronla birgə mətbuat konfransında deyib.

“Biz bütün tərəfləri dialoqu bərpa etməyə çağırırıq. Bütün sülh təşəbbüslərinin ədalətli müzakirəsi üçün hər iki tərəfin, Rusiya və Ukraynanın razılığı ilə beynəlxalq sülh konfransının keçirilməsini dəstəkləyirik”, deyə Si Cinpin vurğulayıb.

Çin Xalq Respublikasının sədri onu da vurğulayıb ki, Pekin Ukrayna böhranını yaratmayıb və onun iştirakçısı deyil.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər