Saytımızı qiymətləndirin


 
 

TƏBİB: Bakıda yoluxma daha çoxdur
Tarix: 19-03-2021 | Saat: 16:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

TƏBİB обратился к студентам за поддержкой

"Bu gün sağalanların sayı öncəki günlərdə yoluxmaların sayı ilə çox əlaqəlidir. Bu rəqəmlər karantin müddətini bitirənlərin sayı ilə ölçülür və az olur".

Qarabaginfo.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, son günlər test edilənlər içərisində yoluxma sayı çox olub: “Dekabrın sonlarında sərt karantinə keçəndən sonra yoluxanların sayı azalmışdı. Yanvarın ortalarında yumşalma tədbirlərindən sonra artım gözlənilən idi. Baxmayaraq ki, bu zaman dalğa sözünü istifadə etməkdən çəkinirik. Lakin mövcud cədvələ baxanda bunu aydın görmək olar. Bakı şəhərində yoluxma daha çoxdur. Bu rəqəm 52,9% təşkil edir”.



Xəbəri paylaş

1367 dəfə oxunub.

Digər xəbərlər