Saytımızı qiymətləndirin


 
 

Tramp Administrasiyası Rusiya ilə sülh razılaşması olacağı təqdirdə ABŞ qoşunlarının Ukraynada yerləşdirilə biləcəyini açıqlayıb
Tarix: 15-02-2025 | Saat: 22:28
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp Administrasiyası Rusiya ilə sülh razılaşması olacağı təqdirdə ABŞ qoşunlarının Ukraynada yerləşdirilə biləcəyini açıqlayıb

Tramp Administrasiyasının rəsmiləri Rusiya ilə sülh razılaşması olacağı təqdirdə ABŞ qoşunlarının Ukraynada yerləşdirilə bilcəəyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə mənbələr NBC News-a danışıb.

Onlar iddia edib ki, Tramp Administrasiyası Ukraynaya ABŞ-a ölkənin nadir torpaq minerallarının 50%-i üzərində sahiblik hüququ verməyi təklif göndərib.

D. Tramp onların sahib olmaq istədikləri mineralların həcminin 500 milyard dollar təşkil etdiyini, rəsmi Kiyevin də buna razı olduğunu söyləyib.

O qeyd edib ki, belə olan halda ABŞ qoşunlarının bu ölkədə yerləşdirilməsi mümkündür.

Bu təklifi Vladimir Zelenskiyə ABŞ-nin maliyyə naziri Skott Bessent çatdırıb. S. Bessent bu layihənin Ağ Ev rəhbərinin məqsədini əks etdirdiyini desə də, Administrasiyanın təklifindən danışmayıb.

ABŞ rəsmiləri isə müzakirələr zamanı V. Zelenskinin ABŞ rəsmilərinin təklifi olan sənədi imzalamaqdan imtina etdiyini bildirib.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər