“Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacağına ümid edir”.
Qarabaginfo.az bildirir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 25-də İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.
Kobaxidze vurğulayıb ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyə kömək edir: “Gürcüstan öz növbəsində regionda sülhün və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır”.
Bugünkü görüşdə tərəflər müxtəlif sahələrdə və formatlarda – nəqliyyat, iqtisadiyyat, turizm sahələrində əməkdaşlıqdan danışıblar. Tərəflər həmçinin regional hadisələri müzakirə edib, çağırışlara qarşı birgə səylərin vacibliyini vurğulayıblar.
Kobaxidze Tbilisinin Ermənistanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bəyan edib.
Sonda o, Nikol Paşinyanı Gürcüstana səfərə dəvət edib.