Ana Sayfa > Karusel / Region > “Tiflis Bakı və İrəvan arasında sülh sazişinin imzalanacağına ümid edir” –Paşinyan və Kobaxidze görüşdü

“Tiflis Bakı və İrəvan arasında sülh sazişinin imzalanacağına ümid edir” –Paşinyan və Kobaxidze görüşdü


25-03-2024, 15:36. Yazar: Admin

“Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacağına ümid edir”.

Qarabaginfo.az bildirir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 25-də İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.

Kobaxidze vurğulayıb ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyə kömək edir: “Gürcüstan öz növbəsində regionda sülhün və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır”.

Bugünkü görüşdə tərəflər müxtəlif sahələrdə və formatlarda – nəqliyyat, iqtisadiyyat, turizm sahələrində əməkdaşlıqdan danışıblar. Tərəflər həmçinin regional hadisələri müzakirə edib, çağırışlara qarşı birgə səylərin vacibliyini vurğulayıblar.

Kobaxidze Tbilisinin Ermənistanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bəyan edib.

Sonda o, Nikol Paşinyanı Gürcüstana səfərə dəvət edib.


Geri dön