Saytımızı qiymətləndirin


 
 

İddiaçılar Turniri: Teymur Rəcəbovun ilk rəqibi bəlli olub
Tarix: 28-04-2022 | Saat: 18:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbər heyətinin toplantısı keçirilir.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, görüşdə FIDE-nin məsul şəxsləri, o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak edir.

Toplantıda şahmat üzrə İddiaçılar Turnirinin püşkatma mərasimi keçirilib. Mötəbər mərasimdə ölkəni Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.

Püşkə əsasən, Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçı ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq.

Qeyd edək ki, İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər