Ana Sayfa > Karusel / Gündəm > İddiaçılar Turniri: Teymur Rəcəbovun ilk rəqibi bəlli olub
İddiaçılar Turniri: Teymur Rəcəbovun ilk rəqibi bəlli olub28-04-2022, 18:42. Yazar: Admin |
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbər heyətinin toplantısı keçirilir. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, görüşdə FIDE-nin məsul şəxsləri, o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak edir. Toplantıda şahmat üzrə İddiaçılar Turnirinin püşkatma mərasimi keçirilib. Mötəbər mərasimdə ölkəni Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib. Püşkə əsasən, Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçı ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq. Qeyd edək ki, İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq. Geri dön |