Saytımızı qiymətləndirin


 
 

Azərbaycan telekanallarının peyklə xarici ölkələrdə yayımının təşkilinə 2 milyon manat ayrılıb
Tarix: 05-02-2019 | Saat: 18:15
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

 

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb. 

Qarabaginfoun "Report.az"a istinadən məlumatına görə, sərəncam milli ümumölkə teleradio yayımçılarının beynəlxalq informasiya məkanında əhatə dairəsinin genişləndirilməsi, onların ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.

Sərəncamla Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayrılıb.



Xəbəri paylaş

568 dəfə oxunub.

Digər xəbərlər
1-04-2024, 17:40 Türkiyədə ZƏLZƏLƏ