Laçının kəndindəki erməni snayper qarı "Bura babalarımızın torpaqlarıdır" dedi... -VİDEO
Tarix: 30-12-2020 | Saat: 13:01
Bölmə:Karusel / Qarabağ | çapa göndər
356 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-12-2020 | Saat: 13:01
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"10 noyabr gecəsi hamımız döyüş postlarımızda ağladıq..."
Amerikanın müstəqil jurnalisti sayılan, əslində isə ermənipərəst Rusiya müxbiri Semyon Peqovun yolunu gedən Patrik Lankaster Laçın rayonunun 10 Noyabr razılaşmasına rəğmən hələ də dinc(?) ermənilərin qanunsuz məskunlaşdıqları Zabux kəndindən növbəti reportaj hazırlayıb.
Qarabaginfo.az xəbər verir ki, əcnəbi jurnalist video-reportajını “You Tube” kanalında yerləşdirib.
Reportajda Zabux kəndində sülənən erməni snayper qarı - 63 yaşlı Karine Aqikyandan bəhs edilir. 1992-ci ildə Laçının işğalından sonra Ermənistandan köçüb burada yaşayan K.Aqikyan artıq 3-cü Qarabağ müharibəsində könüllü şəkildə vuruşduğunu deyir. O, Aprel döyüşlərində də iştirak edib. 44 günlük son savaşda isə Cəbrayılda döyüşüb. 1990-cı illərdən bəri Qarabağdakı müharibələrdə tibb bacısı, avtomatçı, snayper, qumbaraatan kimi iştirak edib. Müharibə olmayan illərdə isə Zabuxdakı məktəbdə erməni uşaqlara hərbi hazırlıq dərsi keçib. Müharibələrdə fəal iştirak etdiyinə görə ona medallar verilib. Müxbirin “Neçə azərbaycanlı öldürmüsən?” sualına erməni harsın gülə-gülə “Saymamışam” cavabını verir...
Evdəki görüntülənməyən digər eməni qadının Azərbaycana qarşı döyüşmüş və bəzi suallardan özünü itirən K.Aqikyana tez-tez nələrisə deməyi başa saldığı da eşidilir...
Erməni qarının sözlərinə görə, əcdadları Türkiyənin Van vilayətindəndir. Hazırda Türkiyədə qohumları yaşayır...
O deyir: “Biz 10 noyabr gecəsi hamımız döyüş postlarımızda ağladıq. Öncə Levon, sonra Sərkis, Köçəryan, sonda isə Paşinyan torpaqlarımızı satdılar. Bütün bu torpaqlarda bizim əcdadlarımız yaşayıblar... Hazırda kənddən 3 km yuxarıda və 3 km aşağıda Azərbaycan əsgərləri var. Ancaq onlar buraya gəlmir...”
“Maraqlı müsahibə idi. Bu, əsl müharibə qəhrəmanıdır. Xahiş edirəm, layk edin. Mən yalnız izləyicilərimin hesabına pul qazanıram...” -deyərək reportajı bitirən ingilis jurnalist saxtakar, yalançı, terrorçu və işğalçı erməniləri təbliğ etmək hesabına pul qazandığını etiraf edir. (moderator.az)
Sultan Laçın
Xəbəri paylaş
Digər xəbərlər
25-06-2025, 12:18
İsrail İranın Hizbullaha maliyyə dəstəyi göstərməsində əsas rol oynayan şəxsi zərərsizləşdirib
19-09-2025, 08:28
KİV: Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır
16-03-2022, 14:57
Təhsil naziri Türkiyədə işgüzar səfərdədir
16-01-2022, 16:44
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
15-10-2024, 23:41
Xarkovda bəzi şəhər və rayonlarında əhali məcburi təxliyə edilir
22-12-2022, 16:07
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib
3-04-2022, 18:40
Goranboyda ev yanıb
5-12-2024, 17:18
Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
21-08-2025, 16:59
Tanınmış alim Arif Acaloğlunun öldüyü qəza ilə bağlı məhkəmədə barışıq təklif olunub






" style="width: 670px; height: 340px;">








