Saytımızı qiymətləndirin


 
 

Sabah Misirdə Qəzza ilə bağlı “Sülh Sammiti” başlanır-Tramp və 20 dövlət iştirak edəcək
Tarix: 12-10-2025 | Saat: 17:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

İsrail Qəzzanı ABŞ-yə təhvil verəcək

İsrail Qəzzanı ABŞ-yə təhvil verəcək

Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı zirvə toplantısı keçiriləcək.

Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

“Sülh Sammiti” oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək. Samitə Misir və ABŞ prezidentləri sədrlik edəcək”, – məlumatda deyilir.

Qeyd edilib ki, sammitə 20 ölkənin lideri dəvət olunub.

Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan Donald Trampın iş qrafikində qeyd olunub ki,  ABŞ Prezidenti Qəzzada atəşkəs razılaşmasının imzalanması ilə əlaqədar Misirin Şərm əş-Şeyx şəhərində keçiriləcək mərasimdə də iştirak edəcək.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər
22-01-2023, 16:06 Boris Conson Kiyevə gəldi