Saytımızı qiymətləndirin


 
 

"Dərnəgül"dəki yanğında ölən sahibkarın FOTOSU
Tarix: 25-11-2023 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

İki gün əvvəl Bakının Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı dəhşətli yanğında vəfat edən 61 yaşlı sahibkar Razi Qasımovun fotosu paylaşılıb.

 

Qarabaqinfo.az xəbər verir ki, fotonu mərhumun bacısı oğlu, aktyor Cavidan Novruz sosial media hesabında paylaşıb.
 

“Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf ki, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyim səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Sən də belə... Çox üzdün bizi”, - C. Novruz yazıb.

 

Qeyd edək ki, R.Qasımov, həmçinin tanınmış stilist Şəfəq Novruzun dayısıdır. Cavidan və Şəfəq isə mərhum Xalq artisti Ramiz Novruzun övladlarıdır. R. Novruz bu il fevralın 21-də vəfat edib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər