Tarix: 15-05-2026 | Saat: 15:46
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türk dövlətlərinin həmrəy olması xüsusi əhəmiyyət daşıyır.
Qarabaginfo.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Hazırda olduqca mürəkkəb və dəyişkən beynəlxalq siyasi vəziyyətdən keçirik. Dünyada və regionda geosiyasi gərginlik artır. Silahlı münaqişələr, müharibələr və qarşıdurmalar səngimir. Bütün bunların dünya iqtisadiyyatına mənfi təsir etdiyini hamımız görürük. Yaxın bölgələrdə baş verən hadisələrin təsiri artıq hiss olunmağa başlayıb. Belə bir dövrdə türk dövlətlərinin həmrəy olması xüsusi əhəmiyyət daşıyır. Çünki bizi birləşdirən ortaq tarix və ortaq dəyərlər var. Hazırda türk dövlətləri zamanın çağırışlarını nəzərə alaraq iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığı daha da gücləndirməli və ortaq inkişaf yolunda səylərini birləşdirməlidir. Bu baxımdan bugünkü sammitdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinin müzakirə olunması olduqca vacibdir”, – Qazaxıstan Prezidenti qeyd edib.
Digər xəbərlər















