Saytımızı qiymətləndirin


 
 

Aİ Çin və Hindistana qarşı məhdudiyyətlər hazırlayır
Tarix: 17-09-2025 | Saat: 21:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Aİ Çin və Hindistana qarşı məhdudiyyətlər hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiya iqtisadiyyatının maliyyələşdirilməsinə yardım etdiklərinə görə Çin və Hindistana qarşı yeni sanksiyalar paketi hazırlayır.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" nəşri məlumat yayıb.

Məlumata görə, Rusia ilə bağlı hazırlanmış yeni sanksiya paketi çərçivəsində Aİ Rusiya neftinin idxalında iştirak edən bir sıra Çin və Hindistan banklarını və neft emalı müəssisələrini sanksiya siyahısına əlavə edəcək.

Nəşrin yazdığına görə, ancaq Aİ Çin və Hindistana qarşı əlavə gömrük rüsumları tətbiq etməyəcək. Halbuki son vaxtlar Vaşinqton Avropadan bu addımı atmasını israrla tələb edir.

Qeyd edilib ki, bu qərar Aİ-nin Çin və Hindistanla ticarət münasibətlərini ciddi şəkildə korlamamaq üçün daha ehtiyatlı davrandığını göstərir.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər