Avropa Parlamentində yeni çoxluq “Avropapərəst və Ukraynayönlü” olacaq.
Qarabaginfo.az bildirir ki, bu sözləri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
O, özünün neo-Xristian-demokratik Avropa Xalq Partiyasını qələbə münasibətilə təbrik edib və ikinci müddətə AK-nin rəhbəri təyin olunacağına əminliyini ifadə edib.
“Sabah biz yeni güclü əksəriyyət yaratmaq, həmfikir insanlar arasında körpülər yaratmaq üzərində işləməyə başlayacağıq. Biz sosialistlərə və liberallara müraciət edəcəyik. Bu platforma son beş ildə yaxşı işləyirdi, indi də yaxşı işləyəcək. Avropa Parlamentində yeni çoxluq avropapərəst və ukraynayönlü olacaq”, – deyə o bildirib.
“Yeni müddətə təyinatıma gəlincə, mən buna tamamilə əminəm”-deyə fon der Lyayen vurğulayıb.
Onun qiymətləndirməsinə görə, seçkilər “Avropa vətəndaşlarının mərkəzçi partiyalara inamını təsdiqlədi”.
Avropa Komissiyasının rəhbəri vəzifəsinə sosialist namizəd Nikolas Şmit (Lüksemburq) “Avropanı məhv etməyən” istənilən siyasi qüvvələrlə koalisiyaya girməyə hazır olduğunu bəyan edib.