Saytımızı qiymətləndirin


 
 

Heydər Əliyev Fondu ukraynalı uşaqları reabilitasiya üçün Bakıya gətirib
Tarix: 22-08-2022 | Saat: 15:13
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Heydər Əliyev Fondu ukraynalı uşaqları reabilitasiya üçün Bakıya gətirib

Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçəcək.

Qarabaginfo.az xəbər verir ki, avqustun 21-də valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib.

Uşaqlar hava limanında qarşılanaraq xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin sanatoriya-kurort reabilitasiya mərkəzinə aparılıb. Burada uşaqlara 21 gün ərzində psixoloji, lazım gəldikdə isə tibbi reabilitasiya xidmətləri göstəriləcək.

Uşaqlar üçün mədəni proqram da hazırlanıb. Proqrama paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən Heydər Əliyev Mərkəzinə, Qobustan Dövlət Tarix-Bədii Qoruğuna, İçərişəhərə, “Suraxanı” gəmi-muzeyinə, Atəşğaha, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu və digər tarixi abidələrə ekskursiyalar da daxildir.(Apa)

Heydər Əliyev Fondu ukraynalı uşaqları reabilitasiya üçün Bakıya gətirib

Heydər Əliyev Fondu ukraynalı uşaqları reabilitasiya üçün Bakıya gətirib

 



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər