Tarix: 21-12-2020 | Saat: 13:21
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan Premyer Liqasının ən intizamsız futbolçuları müəyyənləşib.
Qarabaqinfo.az-in məlumatına görə, ümumilikdə üç oyunçu çempionatın 6 matçında vərəqə alıb.
Onlardan biri Rövlan Muradov 5 görüşdə sarı, 1 qarşılaşmada sonradan qırmızıya çevrilən 2 xəbərdarlıqla cəzalanıb. “Qəbələ”nin yarımmüdafiəçisi 7 sarı və 1 qırmızı vərəqə ilə hamıdan “öndədir”.
Onun kimi 6 oyunda cəza alan digər iki futbolçunun qırmızı vərəqəsi yoxdur. Bunlar Mario Marina (“Sabah”) və Vüqar Mustafayevdir (“Sumqayıt”). Sonuncu XII turda cəzalanmaqla Marioya çatıb. Marina dekabrın 20-dəki görüşlərə qədər vahid “lider” idi.
Qeyd edək ki, intizamsızlar cədvəlində Adil Nağıyev də yer alıb. “Səbail”in futbolçusu 6 sarı və onlardan ikisinin çevrildiyi 1 qırmızı vərəqə ilə cəzalanıb.
Digər xəbərlər