Ana Sayfa > Karusel / İdman > Azərbaycan Premyer Liqasının ən intizamsız futbolçuları bəlli olub

Azərbaycan Premyer Liqasının ən intizamsız futbolçuları bəlli olub


21-12-2020, 13:21. Yazar: Admin

 

Azərbaycan Premyer Liqasının ən intizamsız futbolçuları bəlli olub

Azərbaycan Premyer Liqasının ən intizamsız futbolçuları müəyyənləşib.

Qarabaqinfo.az-in  məlumatına görə, ümumilikdə üç oyunçu çempionatın 6 matçında vərəqə alıb.

Onlardan biri Rövlan Muradov 5 görüşdə sarı, 1 qarşılaşmada sonradan qırmızıya çevrilən 2 xəbərdarlıqla cəzalanıb. “Qəbələ”nin yarımmüdafiəçisi 7 sarı və 1 qırmızı vərəqə ilə hamıdan “öndədir”.

Onun kimi 6 oyunda cəza alan digər iki futbolçunun qırmızı vərəqəsi yoxdur. Bunlar Mario Marina (“Sabah”) və Vüqar Mustafayevdir (“Sumqayıt”). Sonuncu XII turda cəzalanmaqla Marioya çatıb. Marina dekabrın 20-dəki görüşlərə qədər vahid “lider” idi.

Qeyd edək ki, intizamsızlar cədvəlində Adil Nağıyev də yer alıb. “Səbail”in futbolçusu 6 sarı və onlardan ikisinin çevrildiyi 1 qırmızı vərəqə ilə cəzalanıb.


Geri dön