Saytımızı qiymətləndirin


 
 

Gələn il büdcədən sanitar-epidemioloji tədbirlərə 42,5 milyon manat ayrılması nəzərdə tutulur
Tarix: 21-12-2020 | Saat: 12:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

lGələn il büdcədən sanitar-epidemioloji tədbirlərə 42,5 milyon manat ayrılması nəzərdə tutulur

2021-ci ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün Səhiyyə Nazirliyinə 42,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Qarabaqinfo.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması üçün şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin maddi-texniki vəziyyətinin gücləndirilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sanitar-epidemioloji tədbirlər üçün 42,5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 0,4 milyon manat və ya 0,8 faiz çoxdur.



Xəbəri paylaş

303 dəfə oxunub.

Digər xəbərlər