Saytımızı qiymətləndirin


 
 

Toivo Klaar: "Aİ Azərbaycan və Ermənistan arasında birbaşa təmasları dəstəkləyir"
Tarix: 11-04-2022 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Toivo Klaar

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutmuş telefon danışığına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Aİ rəsmisi “Twitter“ hesabında bu barədə paylaşım edib.

“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, - Toivo Klaar qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.



Xəbəri paylaş

1357 dəfə oxunub.

Digər xəbərlər