Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu
Tarix: 18-11-2020 | Saat: 12:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı | Baku | Page 10 | SkyscraperCity

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə  sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 6-9, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoz:

Noyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 



Xəbəri paylaş

332 dəfə oxunub.

Digər xəbərlər