Tarix: 17-12-2024 | Saat: 17:31
Bölmə:Karusel / Dünya | çapa göndər
Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukraynaya 35 milyon funt-sterlinq məbləğində maliyyə yardımı və Rusiya əleyhinə yeni sanksiyaları elan edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə krallıq hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.
Məhdudiyyətlər Rusiyanın Ukraynanın kritik infrastrukturuna ardıcıl və genişmiqyaslı hücumları ilə izah edilib.
Rəsmi Londonun Ukrayna hökumətinə ayırdığı 35 milyon funt-sterlinq yardıma gəlincə, bu məbləğin 20 milyonu enerji infrastrukturunun bərpasına, 15 milyon funt-sterlinq isə humanitar məqsədlərə sərf olunacaq.
Digər tərəfdən, 21 min ailənin yaşadığı mənzillərin təmiri və istilik sistemləri ilə təchizatına 10 milyon funt-sterlinq sərf olunacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə isə bu ölkəyə daha 10 milyon funt-sterlinq ayrılacaq.
Məlumatda həmçinin Rusiyanın hasil etdiyi neft və neft məhsullarını daşıyan 20-dən çox tankerinə də şamil olunacaq. Bununla da adıçəkilən ölkənin məhdudiyyətlərlə üzləşən tankerlərinin sayı 100-ə çatacaq.
Digər xəbərlər