Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Pakistanla mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq edəcək
Tarix: 17-08-2024 | Saat: 17:41
Bölmə:Karusel / İqtisadiyyat / Dünya | çapa göndər

Azərbaycan Pakistanla mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq edəcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb:

Qarabaginfo.az xəbər verir ki, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərsin".



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər