Tarix: 14-11-2025 | Saat: 16:22
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 920,8 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,6 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 8,4 faiz artıb.
Kimya sənayesi məhsullarından polietilen istehsalı 4 faiz, etilen istehsalı 3,2 faiz, karbamid istehsalı 0,4 faiz, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 86,8 faiz, plastmas, çubuqlar, millər və profillər istehsalı 28,5 faiz, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 20,5 faiz artıb.
Azərbaycanda istehsal olunan kimya sənayesi məhsulları:
|
Məhsul növləri |
2025-ci ilin yanvar-oktyabr aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.11.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
38334,9 |
103,4 |
28,6 |
|
ondan azot, min kub metr |
20092,3 |
101,4 |
24 |
|
Lak-boya məmulatları, ton |
34632,7 |
99,4 |
411 |
|
Qeyri-üzvi kimyəvi maddələr, ton |
18670,0 |
67,6 |
5380,0 |
|
ondan yod, ton |
168,2 |
97,7 |
27,1 |
|
Üzvi kimyəvi maddələr, min ton |
754,4 |
96,3 |
56,5 |
|
ondan: etilen, min ton |
130,1 |
103,2 |
1 |
|
propen (propilen), min ton |
121,1 |
101,3 |
0,6 |
|
metanol (metil spirti), min ton |
403,8 |
95,8 |
41,3 |
|
Etil spirti, min dkl |
64,3 |
110,7 |
44 |
|
Gübrə və azot birləşmələri, min ton |
533,9 |
100,4 |
52,6 |
|
Ondan: karbamid, min ton |
533,7 |
100,4 |
52,5 |
|
İlkin formada plastik kütlə, min ton |
253,5 |
103,8 |
27,2 |
|
ondan polietilen, min ton |
125,3 |
104,0 |
7,5 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
141,8 |
129,3 |
10,7 |
Digər xəbərlər















%20(4):1200.jpg)
